Azərbaycan dövləti tərəfindən konkret şərt var, Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun yaşamaq istəyən Qarabağ sakini olan hər bir erməni bizim vətəndaşımız sayılacaq.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, onlar vətəndaşımız olaraq dövlət xidmətlərindən yararlanacaqlar: "Onlar bütün hüquqlardan istifadə edəcəklər. Düşünürük ki, zamanı gələn vaxtlarda orada "ASAN Xidmət" fəaliyyət göstərəcək".