Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb
30.11.2023

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın Ofisindən bildirilib.

Bildirilib ki, iclas Tavuş vilayətində, Ermənistan-Azərbaycan sərhədində keçirilir.

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan sərhədlərin delimitasiyasını müzakirə edir.