Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 524 604,65 min ABŞ dolları dəyərində 12 670 719,72 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 742 159,08 min dollar dəyərində 1 405 059,25 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü Xorvatiya tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 666 587,01 min dollar 1 255 021,16 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 11 514 966,53 min dollarlıq 22 132 445,56 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
|
№ |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar (ton) |
|
- |
Cəmi |
11 514 966.53 |
22 132 445.56 |
|
1 |
İtaliya |
6 524 604.65 |
12 670 719.72 |
|
2 |
Çexiya |
742 159.08 |
1 405 059.25 |
|
3 |
Xorvatiya |
666 587.01 |
1 255 021.16 |
|
4 |
Rumıniya |
559 691.19 |
1 043 111.41 |
|
5 |
Almaniya |
502 018.65 |
956 716.48 |
|
6 |
Portuqaliya |
430 730.82 |
803 374.35 |
|
7 |
Yunanıstan |
313 840.72 |
590 674.03 |
|
8 |
Böyük Britaniya |
273 052.39 |
514 926.69 |
|
9 |
İrlandiya |
267 776.63 |
524 907.84 |
|
10 |
Tunis |
198 705.68 |
370 471.31 |
|
11 |
Niderland |
182 857.88 |
360 687.86 |
|
12 |
Fransa |
143 049.38 |
281 055.52 |
|
13 |
Hindistan |
126 113.14 |
250 122.21 |
|
14 |
İsveçrə |
96 641.78 |
172 862.46 |
|
15 |
Bolqarıstan |
92 288.51 |
169 525.70 |
|
16 |
Avstriya |
87 951.93 |
177 544.30 |
|
17 |
Tailand |
75 910.84 |
137 785.75 |
|
18 |
İndoneziya |
72 131.22 |
130 925.36 |
|
19 |
Türkiyə |
68 994.28 |
142 382.68 |
|
20 |
Danimarka |
49 689.27 |
88 157.38 |
|
21 |
İspaniya |
38 585.23 |
82 575.87 |
|
22 |
Gürcüstan |
1 586.27 |
3 838.22 |