“Azərbaycan ABŞ - Çin rəqabətində növbəti cəbhədir”
13.10.2025

“Jamaran” saytı “National Interest” nəşrinin məqaləsinə istinadla xəbər verir ki, coğrafi mövqeyinə görə Azərbaycan, enerji və tranzit potensialı ilə ABŞ və Çin arasında geosiyasi mübarizədə yeni strateji cəbhəyə çevrilə bilər.

Məqalədə bildirilir ki, Bakı İran, Rusiya və Xəzər arasında yerləşərək Avrasiyanın enerji və nəqliyyat zəncirində həlledici rol oynaya bilir.

Nəşrin məlumatına görə, Azərbaycan–Ermənistan arasında imzalanmış sülh sazişi və hüquqi məhdudiyyətlərin aradan qaldırılması Vaşinqton üçün Bakını bölgədə strateji tərəfdaşa çevirə bilər. Bu addımlar Çin təsir dairəsinin azalmasına xidmət edəcək fürsətlərdən biridir.

Azərbaycan həm Rusiya ilə, həm də İranla sərhəd bölgələrdə qlobal aktorlara qarşı balans yaratmaq nöqteyi-nəzərindən üstün mövqeyə malikdir. Ölkə yalnız karbohidrogen ixracatçısı deyil, eyni zamanda tranzit qovşağı kimi Amerikanın Qafqaza və Mərkəzi Asiyaya çıxışını genişləndirə bilər.

Son aylarda Bakının siyasi və diplomatik addımları da diqqət çəkib: Prezident İlham Əliyevin Çinlə strateji tərəfdaşlığı yeni səviyyəyə qaldırması və TRIPP dəhlizinin təşviqi bu əlaqələri möhkəmləndirmək istiqamətində mühüm siyasət addımlarıdır.

Məqalədə vurğulanıb ki, Azərbaycanın strateji dəhlizi ABŞ Çin arasında rəqabətdə güclü silaha çevrilə bilər — Bakı artıq regionda yalnız enerji təchizatçısı deyil, həm də diplomatik və geosiyasi gücə malik aktor kimi dəyərləndirilir.

visiontv.az