Ayın dövr etməsi və ya niyə Ayın yalnız bir üzünü görürük? - VİDEO
08.11.2024

Bildiyimiz kimi Ay Yerin peyki olaraq onun ətrafında dövr edir. Bu dövr 29,5 günə başa gəlir.

Əlavə olaraq Ay Yer ətrafında dövr etdiyi istiqamətdə öz oxu ətrafında da 29,5 günə dövr etdiyi üçün bir üzü hər zaman Yerə tərəf istiqamətlənmiş şəkildə qalır. Bu fenomeni videodakı vizual dövr təsviratında daha aydın başa düşmək olar.

Ayın Yerdən görünməyən tərəfi isə tarixən Ayın qaranlıq tərəfi kimi adlandırılsa da bu əslində belə deyildir. Ayın görə bilmədiyimiz tərəfi də onun öz oxu ətrafında dövr etməsi nəticəsində Günəş işığı ilə işıqlanır.

Neandartal

visiontv.az