Reuters danışıqlarla tanış olan Aİ rəsmisinə istinadən xəbər verir ki, bunun Rusiyanın Qərbdəki dondurulmuş aktivlərindən əldə edilən vəsaitlərə əsaslanacağı gözlənilir. Lakin bundan əvvəl Brüssel 2024-cü ildə G7-nin Ukraynaya verdiyi 45 milyard avroluq krediti ödəmək niyyətindədir.
Son kredit məbləği Beynəlxalq Valyuta Fondu ilə Ukraynanın 2026-2027-ci illərdə ehtiyaclarını qiymətləndirdikdən sonra razılaşdırılacaq.
Təzminat krediti ideyası Avropa Komissiyasının sədri Ursula fon der Leyenə məxsusdur. Kredit Kiyevə müdafiəsini maliyyələşdirməyə kömək etmək üçün nəzərdə tutulub və "yalnız Rusiya təzminat ödədikdən sonra" Ukrayna tərəfindən ödənilməlidir, - AK rəhbəri əvvəl bildirib.
visiontv.az