Aşıq Ələsgərin vəfatının 100 illiyinin UNESCO çərçivəsində keçirilməsi təsdiqlənib
12.11.2025

Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından bildirilib.

Qeyd edilib ki, qərar UNESCO Baş Konfransın Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü sessiyasında təsdiq olunub.

O cümlədən, Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi də UNESCO-nun 2026–2027 yubileylər proqramına daxil edilib.

Qeyd edilib ki, hər iki qərar UNESCO Baş Konfransın Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü sessiyasında təsdiq olunub.