Apreldə Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan 53 nəfər müəyyən edilib
13.04.2024

Apreldə Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan 53 nəfər müəyyən edilib

Qazaxıstan, Rusiya və Azərbaycan sərhədçilərinin birgə fəaliyyəti sahəsində aprel ayında Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan 53 nəfər müəyyən edilib.

Visiontv.az  APA-ya  istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsindən məlumat verilib. 

Bildirilib ki, bu ay həyata keçirilmiş tədbirlərlə 31 kiçikhəcmli qayıq müəyyən edilərək saxlanılıb.

Nəticədə 12 min 800 ədəd müxtəlif növ balıq, eləcə də 39 ədəd suiti yenidən dənizə buraxılıb.

visiontv.az