“Alyansı doğulmamış boğmaq”
16.09.2026

“Türkiye Gazetesi” İran və husilərin regional strategiyasının əsas məqsədlərindən birinin bu olduğunu yazır.

Nəşrin məlumatına görə, İran dəstəklədiyi “Ənsar Allah” hərəkatı - husilər vasitəsilə regional böhranı genişləndirməyə və Bab əl-Məndəb boğazını təhlükə altına salmağa çalışır.

Səudiyyə Ərəbistanının neft infrastrukturuna son hücumlar da Tehranın daha geniş strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Məqalədə qeyd olunur ki, “İran və husilər Hörmüz amilinə Bab əl-Məndəbi də əlavə etmək istəyirlər”.

Qəzetin ekspertləri bu strategiyanın əsas hədəflərindən biri kimi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşmaqda olan “Məkkə Alyansı”nı göstərirlər.

“Əsas məqsəd Məkkə Alyansını hələ doğulmamış boğmaqdır. Husilərin göründüyü yerdə əslində İran dayanır”, - materialda bildirilir.

Müəlliflərin fikrincə, Tehran eyni zamanda Türkiyə və Pakistanın münaqişəyə müdaxilə etməyə nə dərəcədə hazır olduğunu yoxlayır.

Husilərin hücumları fonunda İslamabad artıq İrandan Səudiyyə Ərəbistanına zərbələrin dayandırılması üçün öz təsir imkanlarından istifadə etməyi tələb edib.

Elçin Alıoğlu

visiontv.az