21.010.2020
Axtar
Gündəlik
alt

Aktyor Rza Rzayev Tofiq Yaqublu və Fuad Qəhrəmanlı ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi

Azerbaycan Respublıkasın Prezidenti cənab İlham Əliyevə Rejissor, aktyor Rza Rzayev tərəfindən müraciət.

Tofiq Yaqublu və Fuad Qəhrəmanlı ilə siyasi baxışlarım tamam fərqlidir. ( siyasətlə praktik olaraq məşğul olmuram, amma siyasi mövqeyim və dəyişməyən sifətim var- mən Əliyevçiyəm) Tofiq Yaqublunu şəxsən tanımasam da ,  Fuadı və ailəsini yaxından tanıyıram, eyni rayondanıq.

Tofiq Yaqublu və Fuad Qəhrəmanlı dəfələrlə həbs həyatı yaşayıblar , tutduqları yoldan dönməyiblər , təkrar həbslər onları qorxutmayıb.

Tofiq Yaqublu və Fuad Qəhrəmalı hər şeyə rəğmən  tutduqları yoldan dönmürlərsə , liderlərin satmırlarsa , göstərdikləri əzmə, iradəyə görə onlara hörmətlə yanaşmaq lazımdır.

Təkrar həbslər hakimiyyətə müxalif olan qüvvələrin tərəfdarları üçün stimul yaradır, məqsədli olaraq həbs xofu ortadan qaldırılır, təkrar həbslər gizli qüvvələr tərəfindən buna hesablanıb.

Hörmətli və mənim üçün çox dəyərli olan , Cənab İlham Əliyev - Siz bu adamları olan və olmayan gunahlarına rəğmən  əhv edin , Sizi istənilən rəqibdən və düşməndən qorumağa hazırıq , Sizinlə birlikdə istənilən rəqibə və düşmənə qalib gəlməyə qadirik ! İllərdi hər şeyə rəğmən ən çətin anlarda belə deyişməyən mövqeyimiz ilə bunu sübut etmişik!

Siz bir daha əqidəsindən  dönənlərə, liderini satanlara sübut edin ki , bütün hallarda əqidəsini sona qədər dəyişməyənlərə, liderinə dönük çıxmayanlara - kimliyindən , siyasi baxışından asılı olmayaraq hörmət edirsiniz . Və Sizə dönük çıxanlar bundan dərs götürsünlər .

P.S . Fuad Qəhrəmanlı və Tofiq Yaqublu  kimi yolundan dönməyən , liderin satmayan neçə nazir və məmur tanıyırsınız?

Adi bir şilləyə görə yerində Cənab İlham Əliyevi sata biləcək yüz minlərlə "hakimiyyət tərəfdarları " , məmurlar toplusu Tofiq Yaqublunun və Fuad Qəhrəmanlının dönməzliyindən nümunə götürsələr, yaxşı olar.

Visiontv.az 

Şərh