Ağciyəriniz koronavirusa nə dərəcədə dözümlüdür? - 3 TEST
13.04.2020

Rusiyalı məşhur həkim və teleaparıcı Yelena Malışeva koronavirusa nə dərəcədə dözümlü olduğumuzu müəyyənləşdirməyin asan yolunu açıqlayıb.

Visiontv.az xəbər verir ki, Malışeva yayımladığı videoda ev şəraitində sınaqdan keçirilməsi mümkün olan üç test nümayiş etdirib.

Bunları etdikdən sonra ağciyərlərinizin hansı vəziyyətdə olduğunu və koronavirus riskiniz olub-olmadığını öyrənəcəksiniz.

1. Əllərinizlə boynunuzu əhatə etməyə çalışın. Əgər alındısa, çox gözəl! Barmaqlarınız bir araya gəlmirsə, o zaman sizdə piylənmə, yuxuda xorultu və nəfəs dayanması var. Belə insanlar risk qrupuna daxildir.
2. Bir nəfəs vermə ilə şar şişirdin. Dərin bir nəfəs alırsınız və bir nəfəsdə bütün havanı şara üfürürsünüz. Şişirdiyiniz şarın diametri ən azı 15 sm olmalıdır. Əgər alındısa, deməli ağciyərlər sağlamdır və zərbəni qəbul etməyə hazırdır. Şarı deyilən qaydada şişirə bilmirsinizsə, bəzi ağciyər xəstəlikləri olduğuna işarədir və bu, risk qrupudur.
3. Bükülmüş şəhadət barmaqlarını bir-birinə tərəf qatlayın, dırnaqla dırnaq üst-üstə gəlməli və onlar ayrılmamalıdırlar. Əgər ayrılırlarsa, çox güman ki, xroniki ağciyər xəstəliyi var. Bu insanlar da risk qrupuna düşür.