ABŞ-nin hücumlarından sonra Qeşm duzsuzlaşdırma qurğusu işlək vəziyyətdə deyil
01.04.2026

İranın səhiyyə rəsmisi bildirib ki, İranın Qeşm adasındakı duzsuzlaşdırma qurğusu ABŞ-ın hava hücumundan sonra fəaliyyətini tamamilə dayandırıb.

Rəsmi şəxs bildirib ki, adada içməli su duzsuzlaşdırma qurğularından asılıdır və zədələnmiş qurğu qısa müddətdə təmir edilə bilməz.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçi 7 martda bildirmişdi ki, ABŞ-ın hava zərbəsi sözügedən qurğuya dəyib.

visiontv.az