ABŞ "müharibə qaydalarını" aradan qaldırır
06.03.2026

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu İrana qarşı keçirilən əməliyyatlarda artıq siyasi cəhətdən düzgün hesab edilən "müharibə qaydalarına" tabe olmayacaq.

Visiontv.az  Oxu.Az -a istinadən  xəbər verir ki, o bu qaydaların keçmişdə onların hərəkətlərini məhdudlaşdırdığını hesab edir.

"Keçmişin axmaq, siyasi cəhətdən düzgün hesab edilən müharibələri burada etdiyimizin tam əksi idi. Onların qeyri-müəyyən məqsədləri və məhdudlaşdırıcı, minimalist döyüş qaydaları var idi. Bu, artıq baş verməyəcək. Prezident və mənim tərəfimdən verilən səlahiyyətlər maksimum dərəcədə istifadə olunur", - deyə Heqset bildirib.

Qeyd edək ki, martın 4-də Pentaqon rəhbəri hərbi əməliyyatın yeni mərhələsinin başladığını elan edib. Onun sözlərinə görə, məqsəd İran hava məkanı üzərində tam nəzarəti ələ keçirməkdir.

visiontv.az