ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb
03.07.2026

ABŞ Nigeriyada İŞİD-ə qarşı yerləşdirdiyi qüvvələrin əksəriyyətini geri çəkib.

Reuters“in xəbərinə görə, bunu  ABŞ-ın  Afrika Komandanlığının (AFRICOM) rəhbəri  Daqvin  Anderson deyib. 

Onun sözlərinə görə, hazırda  ABŞ Nigeriyanın xahişi ilə kəşfiyyat dəstəyi verir.

Anderson  ABŞ-ın Nigeriya ilə əməkdaşlığı sayəsində İŞİD-in  Afrikadakı mövcudluğunun ciddi şəkildə deqradasiyaya uğradığını vurğulayıb.

Qeyd edək ki, may ayında  ABŞ və Nigeriya qüvvələri ölkənin şimal-şərqində hərbi əməliyyatlar keçirib və nəticədə İŞİD-in qlobal miqyasda ikinci komandiri olan  Əbu-Bilal əl-Minuki öldürülüb.

visiontv.az