ABŞ iranlı hakerlərə görə mükafat təyin etdi
04.12.2025

ABŞ Dövlət Departamenti İslam Respublikasının iki kiber əməliyyatçısı Fatimə Sədiqian Kaşi və Məhəmməd Baqir Şirinkar haqqında məlumat üçün 10 milyon dollar mükafat təyn edib.

Bu haqda Dövlət Departamentinin bəyanatında bildirilib.

“Ədalət Mükafat” proqramına əsasən, adı çəklən iki şəxsin xarici hökumətin göstərişi ilə hərəkət etməkdə, kompüter fırıldaqçılığı və sui-istifadə ilə bağlı qanunları pozmaqda ittiham olunduqları və ABŞ-ın vacib infrastrukturuna qarşı hücumlarda iştirak etdikləri qeyd olunub.

Rəsmi açıqlamaya görə, Sediqyan və Şirinkar İnqilab Keşikçilərinin kiberelektronika bölməsi ilə əlaqəli olan və əvvəllər ABŞ-ın həssas sənaye və infrastruktur obyektlərinə hücumlara görə Vaşinqton tərəfindən hədəfə alınan “Şəhid Şuştari” kiberqrupunun üzvləridir.

ABŞ Dövlət Departamenti onların şəxsiyyətinin və yerinin müəyyən edilməsinə və ya fəaliyyətinin pozulmasına səbəb olan məlumatların mükafata layiq görüləcəyini bildirib, şərtlər yerinə yetirildiyi təqdirdə, məlumat mənbəyinin köçürülməsi və dəstəklənməsi ehtimalının da olduğunu açıqlayıb.

“Ədalət üçün mükafat” proqramının X sosial şəbəkəsinin farsca hesabında bu iki nəfər “gözəl haker cütlüyü!” kimi təsvir edilib və farsca danışan istifadəçilərdən harada olduqları və ya tərəfdaş şəbəkələri barədə hər hansı bir məlumatı, proqramla əlaqə saxlamaları xahiş olunub.

ABŞ Dövlət Departamenti bu hərəkətin hökumətin İnqilab Keşikçilərinin kiber strukturunu hədəf almaq və onunla əlaqəli əməliyyat şəbəkələrini zəiflətmək səylərinin bir hissəsi olduğunu bildirib.

visiontv.az