Amerika Birləşmiş Ştatlarının rəhbərliyi 2017-21-ci illərdə İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra etmiş Məsumə Ebtekarın oğlu İsa Haşemiyə verilmiş "green card"ın qüvvədən düşdüyünü elan edib.
Visiontv.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Haşeminin həyat yoldaşı və övladı da nəzarətə götürülüblər. Onların ölkədən çıxarılacağı gözlənilir. Bildirilir ki, bu şəxslər ABŞ ərazisinə 2014-cü ildə daxil olub, 2016-cı ildə isə daimi yaşamaq hüququ əldə ediblər.
Xatırladaq ki, ABŞ rəsmiləri daha öncə 2020-ci ildə ABŞ hərbçiləri tərəfindən məhv edilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı general Qasım Süleymaninin qardaşı qızı ilə nəvəsinin də "green card"larını ləğv edərək özlərini saxlamışdı. Eyni zamanda, Birləşmiş Ştatlar hökuməti tərəfindən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı və onun ölkəni tərk etmiş ərinin qanuni daimi yaşayış statusu da ləğv olunmuşdu. Həmin şəxslərin ABŞ-yə daxil olmasına tam qadağa qoyulmuşdu.
visiontv.az