Abituriyentlər üçün onlayn kalkulyator xidməti yaradıldı - VİDEO
Videonu Aç
18.05.2019

Abituriyentlər üçün onlayn kalkulyator xidməti yaradıldı - VİDEO

Dövlət İmtahan Mərkəzi imtahan nəticələrinin dəqiq hesablanması üçün onlayn kalkulyatorun tətbiqinə başlayıb. Abituriyentlər doğru və yanlış cavabların sayını yazmaqla imtahan nəticələri barədə ilkin rəsmiləşməmiş məlumat əldə edə bilərlər.

Sabah isə Dövlət İmtahan Mərkəzi respublikanın 11 şəhər və rayonunda 2-ci və 3-cü qruplar üçün ali məktəblərə qəbul imtahanı keçirəcək. Abituriyentlər ikinci mərhələdə minumum 100 bal, iki imtahanın nəticəsində isə 200 bal toplamalıdırlar. İmtahan keçirildikdən dərhal sonra Dövlət İmtahan Mərkəzinin "facebook" və "Youtube" səhifələrində qapalı tipli sualların və kodlaşdırıla bilən açıq tipli sualların doğru cavabları elan ediləcək.

Ötən illərdən fərqli olaraq, bu il orta məktəblər də abituriyentin cavab kartını görə biləcək. Bununla da hər bir məktəb öz şagirdinin hansı fənnlər üzrə zəif və ya güclü nəticə əldə etdiyini analiz edə biləcək. Dövlət İmtahan Mərkəzindən o da bildirildi ki, ötən həftə keçirilmiş 1-ci və 4-cü qrupların imtahanında 13 nəfərin nəticələri qaydalara əməl etmədiyinə görə ləğv olunub.