Su Allahın yaratdığı ən böyük möcüzədir
08.04.2026

Əgər, suyun möcüzələri olmasaydı, Yerdə nə canlı təbiət olardı, nə də ki, şüurlu cəmiyyət. Bəs, nələrdir suyun möcüzələri?

Əvvəl onu deyək ki, su – Hidrogen Oksid öz kimyəvi formuluna (H2O) və fizikanın qanunlarına görə, adi otaq temperaturunda qaz olmalı idi. Məsələn, kimyəvi cəhətdən suyun oxşarı olan Hidrogen Sulfid (H2S) qazdır, amma Hidrogen Oksid (H2O) mayedir. Bunu fizikanın qanunları ilə izah etmək mümkün deyil, amma su qaz olsaydı, Yerdə bir canlı olardımı?!

Sonra, bütün maddələr bərk halında maye halından ağır (həcmi kiçilir) olur və öz mayesində batır. Yüzlərlə belə misal göstərmək olar və siz hər gün şahidi olursuz. Amma Allahın möcüzəsi olan su bərk halda (buz) maye haldan yüngüldür (həcmi artır) və öz mayesində batmır. Bunu da fizikanın qanunları ilə izah etmək mümkün deyil. Amma buz suda batsaydı, suda bir canlı qalardımı?! Çaylar, okeanlar dibinə kimi donar, suda yaşayan bütün canlılar məhv olardı.

Daha sonra, otaq temperaturunda maye olan, bərk halda maye haldan yüngül olan möcüzəli su qravitasiyanın da qanunlarına tabe olmur. Bəli, bəli, su ağacın, bitkinin gövdəsi ilə yuxarı qalxır, ağacın yarpaqlarını, meyvələrini qidalandırır. Hələ bu, harasıdır, su temperaturdan asılı olaraq, atmosferlə göyə qalxa, bulud şəklində göydə uça, sonra yağış şəklində yerə yağa bilir. Doğrudur, bütün bunlar da fizikanın qanunlarına ziddir, amma yağışlar olmasaydı, yağmasaydı, yerdə bir canlı olardımı, qalardımı?!

Bəli, Allahın möcüzələri çoxdur, amma bunların ən böyüyü sudur. Su həm də Allahın varlığının ən böyük sübutudur...

Qalib ARİF

visiontv.az