ABŞ-nin İranla müharibədə itirdiyi təyyarələrin sayı
08.04.2026

İran ətrafında münaqişə başlayandan bəri ABŞ ən azı yeddi hərbi təyyarə itirib.

Məlumata görə, cümə günü vurulan "F-15" qırıcısı və həmin gün qəzaya uğrayan "A-10" hücum təyyarəsi ilə yanaşı, daha beş təyyarənin itkisi məlumdur.

Martın 2-də üç ədəd "F-15" qırıcısı Küveyt HHM qüvvələrinin "dost atəşi" nəticəsində Küveyt üzərində vurulub.

Martın 12-də İraqda "KC-135" yanacaq təyyarəsi qəzaya uğrayıb, altı amerikalı hərbçi həlak olub.

Martın 27-də Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasında İran hücumu nəticəsində "E-3 Sentry" erkən xəbərdarlıq təyyarəsi yerdə ikən məhv edilib.

Qeyd olunur ki, ən azı 10 ABŞ hərbçisi yaralanıb, ölən olmayıb.

Bundan əlavə, telekanalın məlumatına görə, keçən ay "F-35" qırıcısı Yaxın Şərqdəki ABŞ bazasında təcili eniş edib.

visiontv.az