210 manat radar cəriməsini ödəmədi, 63 min ziyana düşdü
11.09.2019

İngiltərədə təqaüdçü mühəndis, nəqliyyatda sürət həddini aşdığına görə polis tərəfindən 100 funt-sterlinq (210 manat) cərimələnib. Lakin o, günahsız olduğunu sübut etmək üçün məhkəməyə müraciət edərək, 3 il ərzində 30 min funt-sterlinq (63000 manat) xərcləyib.

VisionTV.az avtosfer.az-a istinadən xəbər verir ki, 71 yaşılı Riçard Kiduvell, 2016-cı ildə Uorçester şəhərinə etdiyi səfər zamanı saatda 48 kilometr sürət həddi olan yolda 56 kilometr sürətlə getdiyi üçün ona 100 funt-sterlinq cərimə yazılıb. O, sürət həddini aşmadığını bildirərək, yazılan məbləği ödəməyərək məhkəməyə müraciət edib.

Kiduvell məhkəmədə radar onun avtomobilinin yanından keçən başqa bir nəqliyyat vasitəsinin sürətini qeydə aldığını, ya da nasaz ola biləcəyini söyləyən video və elektron mütəxəssisinin də dəstəyini alıb.

Buna baxmayaraq məhkəməni uduzan Kiduvell keçən ay verdiyi kassasiya şikayəti də nəticəsiz qalıb.

Vəkillərə təxminən 21 min funt-sterlinq (44000 manat) ödədiyini deyən Kiduvell səyahət və məhkəmə üçün də 8.9 min funt-sterlinq (19000 manat) xərclədiyini deyib.

Məhkəmə prosesinin tez başa çatacağını düşündüyünü söyləyən Kiduvell oğluna miras qoyacağı pulu xərclədiyini və buna görə peşman olduğunu dilə gətirdi.