124 saylı Şuşa-Ağdam-Xocavənd DSK Polad Bülbüloğlunun deputatlığa namizədliyinin irəli sürülməsini təsdiqləyib
25.07.2024

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.

Visiontv.az APA-ya istinbadən xəbər verir ki, 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyası Polad Bülbüloğlunun deputatlığa namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Polad Bülbüloğluna artıq imza vərəqələri verilib.