Cəlladlardan biri: “KQB”nin sonuncu rəhbəri Vadim Bakatin ölüb
Cəlladlardan biri: “KQB”nin sonuncu rəhbəri Vadim Bakatin ölüb
01.08.2022 MEDİA Tərəfindən

Millətimizin başına gətirilən 20 Yanvar qırğınının təşkilatçılarından biri, keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) sonuncu sədri olmuş general-leytenant Vadim Bakatin bu gün səhər satlarında ölüb.

 

85 yaşında ölən bu yaramaz sovet dövlət xadimi 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsində bilavasitə iştirak edib. Bakatin həmin vaxt SSRİ Daxili işlər naziri vəzifəsini daşıyırdı və Bakıya hücum əməliyyatına rəhbərlik etmək üçün Primakov, Yazov, Mixaylovla birlikdə, şəxsən paytaxtımıza gəlmişdi.

Bu qatil SSRİ-nin sonuncu qanlı rəhbəri Mixail Qorbaçova sonuna qədər sadiq qalıb və sonralar müsahibələrindən birində "Vətən" qarşısında heç bir günahının olmadığını bildirib. Ancaq əsl həqiqətdə isə o, Tanrının və azərbaycanlıların qarşısında ən böyük günah yiyələrindən biri kimi tarixdə iz buraxıb.

Bəybala Mirzəyev

visiontv.az