Ceyhun Bayramovun Xarici işlər naziri təyinindən üç il keçir. Amma bu gün də bəziləri Ceyhun müəllimin diplomatik keçmişi olmadığı üçün Xarici İşlər naziri kimi təyin olunmasına bir mənalı yanaşmır. Lakin dünya tarixində bu çür hallar çox olub, bu barədə tanınmış tədqiqatçımız Adıgözəl Məmmədov deyir:
" Xarici İşlər naziri postu siyasi vəzifədir. Əsas odur ki, bu vəzifənin sahibi siyasi cəhətdən yetkin olsun. Məsələn ənənəvi xarici siyasəti olan İranın uzun illər Xarici İşlər naziri olmuş Doktor Əli Əkbər Vilayəti həkim idi və ya digər bir misal məharətli diplomatik təxəyülü olsada V.Molotov diplomatik kökənli deyildi.
Birinci Dünya Müharibəsinə Avropadan Yaxın Şərqədək böyük bir əraziyə malik dövlət kimi müharibəyə başlayan Osmanlı imperiyası, onu Türkiyə olaraq başa çatdırdı. Bu “qeyri-türklər” ilə məskunlaşmış bütün ərazilərin və hətta türklər tərəfindən məskunlaşan bəzi ərazilərin də itirilməsi demək idi.
Üstəlik, müharibə başa çatdıqdan sonra hazırlanan məşhur Amerika planında V. Vilsona məxsus “14 bənd”də ilkin variantda Türkiyənin hətta bir dövlət olaraq varlığına son qoyulması da nəzərdə tutulmuşdu.
Düşünürdülər ki, imperiyanın (Osmanlı imperiyası nəzərdə tutulur) varlığına son qoyduq, onu ideokratik (burada islam dini) əsasdan məhrum etdik və onun yerində mədəni-geosiyasi impotent əldə etdik, bir sözlə onu qazıq-qazıq etdik.
Məhz bu baxımdan Versal konfransı Osmanlı imperiyasının 500 il ərzində mövcudluğu dövründə türk etnosunun varlığını etiraf etmək istəmirdi. Amma məhz diplomat kökənli olmayan İsmət İnönünün fitri diplomatik məharəti nəticəsində Lozan danışıqlarında çiddi uğurlar qazanıldı və nəticə kimi Türkiyənin milli dövlətinin olmasını qəbul etdilər. Bu çür misallar yetərincədir.
visiontv.az