Xameneyi: “Qadının əsas ehtiyacı ərinin sevgisidir”
05.12.2025

İranın ali rəhbəri Əli Xameneyi ölkənin müxtəlif bölgələrindən olan qız və qadınlarla görüşündə ailə münasibətlərindən danışıb.

Onun sözlərinə görə, qadının evdəki ən vacib hüququ və ehtiyacı ərinin sevgisidir. Xameneyi deyib ki, kişilər qadınlara olan məhəbbətlərini ifadə etməlidirlər. 

Qeyd edək ki, bu sözlər bir tərəfdən “ailə və məhəbbət önəmlidir” mesajı versə də, digər tərəfdən qadın hüquqlarının dövlət səviyyəsində rəsmiləşdirilməsi tələblərini şübhə altına alır. Belə ki, İranda qadınlara qarşı zorakılıq – ailədaxili şiddət, “namus” adı altında qətllər davam edir. Bu kontekstdə yalnız “ərinin sevgisi” sözlərini vurğulamaq toxunulmazlığı kimi vacib hüquqlarını kölgədə qoyur.

visiontv.az