Azərbaycan ərazisindən Ermənistan hakimiyyətinin və separatçıların təzyiqi altında köçmək qərarı verən ermənilərə total bir yardım kampaniyası və bu kampaniya ətrafında qlobal humanitar şou layihəsi işə salınıb. Azərbaycan ərazilərini könüllü surətdə, təhlükəsizlikləri və rahatlıqları təmin edilməklə tərk edən, “hər şeydən razıyıq” deyib riyakarcasına irişən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini keçən kimi üzlərindəki qat kəsmiş maskalaranı ataraq, Ruben Vardanyan kimi timsah göz yaşları tökür.
Bizim torpaqlarımızda bir başqa “məzlum” siması nümayiş etdirir, yenə də bizim tarixi ərazilərimizə, indiki Ermənistana daxil olan kimi isə tamamilə fərqli bir “yazıqlıq performansı” sərgiləyirlər. Bu toplumun mütləq əksəriyyətinin özünəhörmət, ləyaqət və şərəf hissinin olmadığını çoxdan bilirəm, amma bu qədərinə şahidlik etməmişdim. Birgə yaşaya bilərikmi? Əlbəttə! Ona görə yox ki, adını təkrarlamaq istəmədiyim bu ibtidai icma təfəkkürlü tayfanın, qəbilənin nə zamansa dəyişəcəyinə, “yediyi qaba tüpürməyəcəyinə”, xəyanətkarlıqla, kin və nifrətlə yoğrulmuş qəzəbindən xilas olacağına inanıram. İnanmıram və inanmağım üçün içimdə bunun əksini sübut edə biləcək iynə ucu böyüklülkdə tərəddüd də yoxdur. Birlikdə yaşaya biləcəyimizə isə ona görə inanıram ki, Azərbaycan xalqının dünyagörüşü və tükənməz səbri buna imkan verir. Bizim cəmiyyətə insanabənzər çaqqalları, göreşən və tülküləri də buraxsalar, əlhəmdürillah, öhdəsindən gələcəyik. Yola verəcəyik yəni...
İndi bütün bu siyasi məqsədli, islamafob və ksenofob mahiyyətli, ikrah doğuran təbliğat-təşviqat və təxribat xarakterli himanitar şou kampaniyalarını görəndə 1988-1993-cü illəri, evindən zorla, misli görünməmiş işgəncə və təzyiqlərlə, ayaqyalın, başıaçıq qovulan, şaxtalı-boranlı havada sıldırım qayaların arasından, dağlardan, meşələrdən, ölüm saçan aşırımlardan keçərək, paytaxt Bakıya və işğal edilməmiş digər ərazilərimizə sığınan həmvətənlərimin yaşadıqları məhrumiyyətləri xatırlayıram. “Vaqon-ev”lər, çadır şəhərçiklər keçir gözümün önündən... Torpaqları işğal edilmiş, ədalətsiz bir məğlubiyyətlə qarşı-qarşıya qalmış, qüruru və şərəfi misli görünməmiş haqsızlığı, rəzaləti qəbul edə bilməyən, təpədən-dırnağa sarsılmış xalqımızın əzabdan yoğrulmuş obrazını indi də unuda bilmirəm. Pulsuz-parasız ölkə, qəpik-quruşun ümidinə qalan toplum və indi, vaxtilə Azərbaycan xalqına ağlasığmaz dəhşətlər yaşatmış bir ovuc erməniyə görə “üz-gözünə əl qatan”, “ətəyini başına çəkən” dövlətlər və təşkilatlar... Xocalıda gözləri çıxarılan uşaqların bəbəklərindən baxıram bu şərəfsizliyə... Dəhşətli işgəncələrlə, xüsusi amansızlıqla qətlə yetirilmiş onminlərlə soydaşımızın başımız üzərində dolaşan didərgin ruhlarının əzablarından boylanıram bu iyrənc humanitar səlib yürüşünə...
35 ilə yaxındır ki, Azərbaycan yüzminlərlə qaçqın və məcburi köçkünün saysız-hesabsız qayğılarını təkbaşına, kimsənin dəstəyi olmadan çəkir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün bir neçə min nəfəri qayıdıb öz doğma ata-baba yurduna... Digərlərinin qayıtması üçün isə illərlə vaxt lazımdır. Çünki vəhşi qəbilə 30 ilə yaxın işğal altında saxladığı şəhər və kəndlərimizi “şumlayıb” keçib. Ermənistanın işğalı nəticəsində öz doğma yurdlarından vəhşicəsinə qovulmuş, sayı bir milyondan çox olan həmvətənlərimizin problemləri ilə illərdən bəri üz-üzə qalan da Azərbaycandır, işğal nəticəsində viran qoyulan şəhər və kəndləri yenidən, torpağın üzərindən inşa edən də... Bu gün isə humanitar səlib yürüşünün klassik “papış tikənləri” bir molyondan çox insanı yurdundan didərgin salan, ev-eşiyini dağıdan, günshasız insanları misli görünməmiş amansızlıqla qətlə yetirən, uzaq, qadın, yaşlı bilmədən “biçib” keçən cinayətkarlara yardım göstərmək üçün ənənəvi pozlarında növbəyə düzülüblər. Sizin humanizminizi “yesinlər”...
Bir neçə min insan qayıdıb işğaldan azad edilmiş Azərbaycan torpaqlarına... Bir milyondan çox azərbaycanlı isə hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır. Maraqlıdır, görəsən sonuncu dəfə azərbaycanlı qaçqın və məcburi köçkünlərə indi ermənilər üçün sıraya düzülənlər nə zaman yardım göstəriblər? Yuxarıda bu ayrı-seçkiliyin bəlli səbəblərindən söz açmışam. Bütün bu riyakarlıq nümunələrindən sonra kimlərsə yenə də “Qərb dəyərləri”, “humanizm prinsipləri” deyib yaxasını cıracaqsa, getsin..., başqa yerdə “oynasın”... Bütün bunlar “ayrıseçkilik”, “ikili standartlar” anlayışlarının sərhədlərini çoxdan keçib, başqa adı var, amma təssüf ki, yaza bilmirəm...
Azərbaycan dövləti 1993-2019-cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatına və bu qəbildən olan digər problemlərinin həllinə 10 milyard manat vəsait xərcləyib.
Son 3 il ərzində, yəni 44 günlük müharibədən sonra dövlətimiz vahid aylıq müavinət daxil olmaqla sosial problemlərin həlli üçün məcburi köçkünlərə 380 milyon manat, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün isə 600 milyon manat vəsait ayırıb. Hələ təhsil və digər məsələlərin həllinə dövlət tərəfindən ayrılan vəsaitlərdən danışmıram. Bu vəsaitlərin bir manatında belə, indi ermənilərə yardımdan söz açan beynəlxalq donor təşkilatlarının payı yoxdur. Çox yaxşı, olmasın! Allah dövlətimizin gücünü, qüdrətini daha da artırsın və bizi heç vaxt yadların ümidinə qoymasın, inşallah!
Amma birtərəfli qaydada ermənilərə “yardım kampaniyası”na başlayanlar bundan sonra səslərini bir yerlərinə sıxıb, “insan haqları”, “humanizm”, “bərabərlik” kimi prinsiplərdən danışmasınlar. Getsinlər... gedə bildikləri yerə...
Elçin Mirzəbəyli
visiontv.az