İranda etiraz aksiyalarının dayanmasından sonra bütün bölgələrdə genişmiqyaslı həbslər həyata keçirilir.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, yanvarın 22-də bir neçə şəhərdə daha 305 nəfər saxlanılıb.
Saxlanılanlardan 90 nəfəri azərbaycalılardır və onlar SEPAH-ın Zəncan əyalətindəki qərargahının təhlükəsizlik əməkdaşları tərəfindən həbs olunublar.
İran televizyası saxlanılanların etiraz aksiyalarında təşkilatçılıq etdiklərini, onların "dövlət və xalqa məxsus əmlakı dağıtdıqlarını", "monarxist və terrorçu qruplara bağlı olduqlarını" iddia edib.
Qeyd edək ki, etiraz aksiyalarının başlamasndan bu gün kimi 26852 nəfərin həbs olunduğu bildirilsə də, real rəqəmin daha çox olduğu ehtimal olunur.
visiontv.az