İranda bu dəfə Tramp barmaqlıqlar arxasına atıldı
23.10.2026

Tehranın Təcriş meydanında ABŞ prezidenti Donald Trampı məhbus obrazında təsvir edən instalyasiya quraşdırılıb.

İslam Respublikası tərəfdarlarının təşkil etdiyi gecə tədbirləri çərçivəsində qurulan səhnədə təkadamlıq həbsxana kamerasını xatırladan konstruksiyanın arxasında Trampın geyimində olan aktyor yerləşdirilib. Səhnə “Bu mənzərəni görməmək cinayətdir” şüarı ilə müşayiət olunur.

İnstalyasiya vasitəsilə ABŞ prezidentinin məhbus obrazında təqdim edildiyi və Amerikaya qarşı siyasi mesajın verildiyi bildirilir.

visiontv.az