Zaxarova ABŞ istehsalı raket sistemlərinin Norveçdə yerləşdirilməsini şərh edib
07.09.2026

Rusiya Amerika istehsalı yerüstü orta mənzilli raket sistemlərinin Norveçdə yerləşdirilməsini NATO-nun bir sıra yüksək dərəcədə qeyri-sabitləşdirici hərəkətlərinin bir addımı kimi görür.

Bunu Rusiya  Xarici İşlər  Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Norveçin Rusiya sərhədi yaxınlığında 40 km-ə qədər atəş məsafəsinə malik dörd K9 özüyeriyən haubitsadan ibarət artilleriya batalyonu yerləşdirməsinə münasibət bildirən Rusiya XİN sözçüsü bu sistemlərin yerləşdirilməsinin alyansın Rusiya ərazisinin dərinliyinə zərbə endirmək və regionun dəniz arteriyaları üzərində nəzarəti bərqərar etmək qabiliyyətini inkişaf etdirmək niyyətini nümayiş etdirdiyini deyib.

Zaxarova vurğulayıb ki, MK-41 bazalı sistemlər NATO-ya Moskva da daxil olmaqla, Rusiyanın  Avropa ərazisinin əhəmiyyətli bir hissəsini vurmağa imkan verən uzun mənzilli raketlər atmağa qadirdir.

"Bu baxımdan, Vaşinqton və Osloda bu sistemləri Norveçdə yerləşdirmək qərarı verənlər üçün Rusiyanın cavab tədbirlərinin bir hissəsi olaraq, Amerika sistemlərinin yerləşdirilməsi və komandanlıq yerlərinin, eləcə də onları dəstəkləyən infrastrukturun Rusiyanın strateji çəkindirici qüvvələri tərəfindən xüsusi diqqət mövzusuna çevrilməsi təəccüblü olmamalıdır", - Rusiya  XİN sözçüsü qeyd edib.

visiontv.az