Yəmən hökumət qüvvələri husilərin nəzrətindən olan Əl-Cövf vilayətinin paytaxtına yaxınlaşır
07.09.2026

“Əl-Ərəbiyyə”nin məlumatına görə, Yəmən hökumət qüvvələri İranın dəstəklədiyi husilərə qarşı şimal-qərbdə yerləşən Əl-Cövf vilayətinin dərinliklərinə doğru irəliləyib və vilayətin paytaxtı Əl-Həzmə doğru hərəkət ediblər.

Məlumata görə, qüvvələr hərbi düşərgəyə daxil olub. Hökumətə məxsus təyyarələr isə Əl-Cövf, Əl-Beyda, Mərib və Taiz vilayətlərində zərbələr endirib.

Əl-Həzmə doğru irəliləyiş zamanı bəzi husi döyüşçülərinin təslim olduğu bildirilir.

visiontv.az