Qəzvinli sosial elmlər tədqiqatçısı və siyasi fəal Yaşar Darüşşəfa Tehranda saxlanılıb.
Məlumatlara görə, mülki geyimli təhlükəsizlik qüvvələri onun evinin qapısını zorla sındıraraq içəri daxil olub və Yaşar Darüşşəfanı özləri ilə aparıblar.
Hökumət qüvvələri onu hər hansı məhkəmə qərarı və ya qanuni saxlanılma orderi təqdim etmədən həbs edərək naməlum yerə aparıblar.
Saxlanılma zamanı təhlükəsizlik qüvvələrinin evdə axtarış apardığı, qorxu və təzyiq mühiti yaratdığı, həmçinin fəalın bəzi şəxsi əşyaları və elektron avadanlıqlarını müsadirə etdiyi qeyd olunur.
Yaşar Darüşşəfa və qardaşı Kavə Darüşşəfa ötən illərdə siyasi və vətəndaş fəaliyyəti ilə əlaqədar dəfələrlə saxlanılıb və həbs cəzası alıblar.
Yaşar Darüşşəfa Qəzvin Beynəlxalq Universitetində sənaye idarəçiliyi ixtisası üzrə təhsil alıb, daha sonra isə Tehran Universitetində sosial rifah planlaşdırılması üzrə magistr dərəcəsi əldə edib.
visiontv.az