Xolesterini azaltmağın yolları: ən ZƏRƏRLİ 3 qida
26.11.2024

Başlanğıc mərhələdə yüksək xolesterinə dərmansız təsir etmək mümkündür. Bunun üçün qidalanmaya diqqət etmək kifayətdir.

BAKU.WS xəbər verir ki, terapevt Filip Kuzmenkonun sözlərinə görə, bu göstəriciyə təsir etməyin başqa sadə yolları da var.

Yağlı, duzlu və şirin qidaların həddindən artıq çox istehlakı xolesterinin artmasına səbəb olur. Bu cür qidalardan problem olduğu halda mümkün qədər uzaq durmaq tövsiyə edilir.

Məsələn, yeməklərdə duzun çoxluğu damarların daxili səthini daha həssas və xolesterinin yığılmasına səbəb olur. Bu da aterosklerotik lövhələrin yaranma riskini artırır.

Eyni zamanda, qidalanma menyunuzda kifayət qədər lif olmalıdır. Paxlalılar, tam taxıllı məhsullar, tərəvəz və meyvələr xolesterinin qana sorulmasını azalda bilər.

Ürək və damarlar üçün gəzinti də faydalıdır. Həkim hər gün ən azı 30 dəqiqə gəzintiyə vaxt ayıraraq hərəkət etməyi məsləhət görür. Mümkün olduqda sürətli addımlarla yüksəkliklərə qalxmağa çalışaraq gəzmək tövsiyə olunur.

Üçüncü yol isə spirtli içkilərdən və siqaretdən imtina etməkdir. Artıq çəki ilə bağlı problemi olan insanlar isə cəmi 1-2 kiloqram arıqlayaraq xolesterin səviyyəsini azalda bilərlər.

Visiontv.az