Qərbi Azərbaycan əyalətinin mərkzi Urmu şəhərində SEPAH və "Bəsic" (Könüllü ordu) qüvvələrinin təşkilatçlığı ilə Azərbaycan Respublikası əleyhinə konfrans keçirilib.
Konfransda Azərbaycanda axtarışda olduqları üçün İrana "Hüseyniyyun" terror qruplaşmasının üzvləri də iştirak edib.
"Azadlıq Öncülləri" adı altında keçirilən konfrasda "İngiltərə və İsrailin Qafqazdakı nüfuzu" mövzusunda çıxışlar edilib.
Universitet tələbələrinin də məcburi cəlb olunduğu konfransın əsas mövzusu İranın Qafqazla bağlı mövqeyinin təbliği olub.
Qeyd edək ki, "Hüseyniyyun" qruplaşması SEPAH tərəfindən və Azərbaycan Respublikasında axtarışda olan və İrana sığınan şəxslərdən formalaşdırılıb.
Həmin qruplaşmanın fəaliyyəti 2017-ci ildə Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymani tərəfindən rəsmiləşdirilib.
Onlar Ruhullah Xomeyninin "islam inqilabının ixracı" nəzəriyyəsini dəstəkləyir və onun yayılması istiqamətində fəaliyyət göstərirlər.
visiontv.az