Xaməneinin müşaviri təhdid etdi: Nüvə doktrinamızı dəyişə bilərik
10.05.2024

İsrail İranın nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə Tehran nüvə doktrinasını dəyişəcək.

Bunu İranın rəhbəri Əli Xameneinin müşaviri Kamal Xərzai Qətərin "Əlcəzirə" telekanalına müsahibəsində deyib.

“İran nüvə bombası istehsal etmək gücünə malikdir",- Xərazi bildirib.

Qeyd edək ki, İranın hakimiyyət orqanları Əli Xameneinin bu barədə “fətvası” olduğuna görə atom bombası hazırlamaq niyyətində olmadıqlarını bəyan ediblər. Xərazi də iki il əvvəl İranın nüvə bombası yaratmaq üçün texniki imkanlara malik olduğunu, lakin bunu etmək niyyətində olmadığını söyləmişdi.

Xamenei nüvə silahı istehsalını “haram” adlandırsa da, fətvalar və ya dini fərmanlar "zaman və məkan şərtlərinə" görə dəyişə bilər.

Bu səbəbdən, ekspertlər Kamal Xərazinin nüvə doktrinasının dəyişdirilə biləcəyi ilə bağlı son bəyanatını Əli Xameneinin məsləhəti ilə səsləndirdiyini deyirlər.

visiontv.az