WSJ: Tramp köməkçilərinə qışqırıb
21.04.2026

ABŞ prezidenti Donald Trampın aprelin əvvəlində İran üzərində ABŞ-yə məxsus F-15E qırıcısının vurulduğunu öyrəndikdən sonra köməkçilərinə saatlarla qışqırdığı iddia olunur. Bu barədə The Wall Street Journal qəzeti mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp 1979-cu ildə baş vermiş girov böhranının təkrarlanmasından narahat olaraq, vurulan təyyarənin hər iki ekipaj üzvünün xilas edilməsi üçün təcili axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsini tələb edib.

Lakin ABŞ ordusuna əməliyyat planını hazırlamaq üçün müəyyən vaxt lazım olub. Bu müddətdə Trampın köməkçiləri hadisə ilə bağlı dəqiqəbədəqiqə yeniləmələr alsalar da, prezidentin səbirsizliyinin prosesi poza biləcəyindən ehtiyat edərək, ona yalnız əsas məlumatları təqdim ediblər.

visiontv.az