İran məhkəməsi daha 63 nəfərin əmlak və aktivlərinin müsadirəsi barədə qərar çıxarıb.
Bu barədə İran məhkəmə sisteminin"Mizan" saytı məlumat yayıb.
Məlumata görə, əmlak və aktivləri müsadirə olunanlar "düşmənlə əməkdaşlıq" və "milli təhlükəsizliyə qarşı fəaliyyət"də günahlandırılıblar.
Onların arasında tanınmış sənətçilər, aktyorlar, idmançılar və sosial media fəallarının da adı var.
Həmin şəxslərə məxsus bank hesabları, nömrə nişanları və nəqliyyat vasitələri müəyyən edilərək müsadirə edilib.
İran məhkəməsin iddia ediri ki, bu şəxslər “casusluq və düşmən ölkələrlə əməkdaşlıq üçün cəzaların gücləndirilməsi haqqında” qanuna uyğun olaraq maliyyə və əmlak məhdudiyyətlərinin hədəfinə çevriliblər.
visiontv.az