Ermənistan Xarici işlər naziri A. Mirzoyanla ABŞ Dövlət katibi M. Rubio Zəngəzur dəhlizinin (TRİP) marşrutunun açılmasını rəsmiləşdirilməsi istiqamətində birgə Bəyannamə imzaladi. ABŞ TRİPP marşrutunda 74% paya, Ermənistan 26% paya sahib olacaq.
Ermənistan uzun müddət "Zəngəzur" dəhlizinin açılmasına qarşı çıxıb. Hazırda isə, dəhlizin açılması üçün ABŞ-la ikitərəfli müqavilə imzalayır.
Bu sənəd Ermənistanda Rusiyanın təsir və təzyiqlərinin neytrallaşdırmasına gətirib çıxara bilər. Təbii ki, Ermənistan bu sənədi Azərbaycanla razılaşdırıb. Rəsmi Bakının icazəsi olmadan rəsmi Yerevan Vaşinqtonla belə bir bəyanamə imzalaya bilməzdi.
Qeyd edim ki, son günlərdə Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ortaya qoymuşdu. Hətta bu dəhliz Rusiyanın Sərhəd qoşunlarının məsuliyyət zonasında olduğunu və Moskvanın icazəsi olmadan layihənin icrasını qeyri - mümkün hesab edirdi.
Vaşinqton bəyannaməsi seçkilər öncəsi N. Paşinyanın mövqeyini də gücləndirmiş oldu. Çünki, müxalifət "Zəngəzur" dəhlizinin Azərbaycana güzəştə getdiyini ortaya atmışdı. Amma, Vaşinqtonda imzalanmış sənəd belə bir iddiaların üzərindən xətt çəkdi. Həmçinin burada ərazilərin Ermənistanın yuridiskiyasında olduğu təsbit olunub.
ABŞ şirkətləri Zəngəzurda təmir -tikinti işlərinə cəlb olunacaq. Ermənistanın da planı bundan ibarətdir. Çünki, yolun təmiri üçün maliyyə lazımdır.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az