Antalyada həbsxanadan məzuniyyətə çıxan şəxs təslim olmayıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, Kaşdan Yunanıstanın Meis adasına üzərək getmək istəyən qaçaq sahil mühafizəsi tərəfindən dənizdə saxlanılıb.
Qayıqla Başak adasının qarşısında üzən şəxsə yaxınlaşan polislər həmin şəxsi saxlayaraq mərkəzə aparıblar.
Tutulan şəxsin saxlandığı həbsxanadan məzuniyyətə çıxan və təslim olmayan qaçaq olduğu müəyyən edilib.
Visiontv.az