Urmu və daha iki şəhərdə 7 məhbus edam edildi
10.05.2024

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında 4 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bununla yanaşı İranın Simnan və Kəhnuc şəhərlərinin həbsxanalarında da 3 məhkumun ölüm cəzası icra olunub.

Edam edilənlərin hamısı narkotik maddələrin alverində günahlandırılıblar.

Son 7 məhkumun edam edilməsi ilə cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 195 nəfərə çatıb.

visiontv.az