Ukraynanın Volın vilayətində iyulun 22-də axşam saatlarında Fransa istehsalı olan "Dassault Mirage 2000" qırıcısı uçuş tapşırığı zamanı qəzaya uğrayıb.
Uçuş zamanı təyyarənin avadanlıqları sıradan çıxıb. Pilot bu barədə komandanlığa məlumat verib, bundan sonra o, katapult edib. Axtarış-xilasetmə qrupu pilotu tapıb, onun vəziyyəti stabildir.
Fransa qırıcıları nə Suriya, nə Hindistan-Pakistan, nə də Rusiya-Ukrayna müharibəsində özünü müsbət cəhətdən nümayiş etdirə bilmir.
Fransa dünya silah bazarında mövqelərini sürətlə itirməkdə davam edir. Paris ilə silah alınması üzrə müqavilələri bağlayan ölkələr Fransa qırıcılarından da imtina edirlər.
Ədalət Verdiyev
visiontv.az
Rusiya Mərkəzi Bankı: Avropa İttifaqının onun aktivlərindən istifadə planları qanunsuzdur