Ukrayna kəşfiyyatı “Bizim yeni imkanlarımız var və bunu ruslar bilir”
11.08.2024

The Economist: Ruslarda sarsıntı, təəccüb və Ukrayna infoməkanda sükut, daha bir ildırımsürətli hücumu xatırladır: 2022-ci ilin sonunda Xarkov əməliyyatından söhbət gedir. Kəşfiyyatdaki mənbəyimiz deyir ki, əməliyyatın erkən uğuru Rusiyanı iflic vəziyyətə salıb. Ukrayna yalnız məntiqli olduğu yerlərdə irəliləyir. Ruslar çox axmaq səhvlərə yol verirlər və başlarını itiriblər. Bu, Kiyev, Xarkov və Xersondan sonra Rusiyanın müharibədəki dördüncü böyük fiaskosudur. Kəşfiyyatdakı (Ukrayna) mənbəyimiz deyir: “Bizim yeni imkanlarımız var və bunu ruslar bilir”.

Nə deyə bilərik?

Yaxın günlər göstərəcək, amma müəyyən amillər var ki, onlara əsasən USQ-nın Kursk vilayətindən geri çəkilçəməyəcəyi qənaətinə gəlmək olar...

Təkrar edirik, bu reyd və ya diversiya deyil, planlaşdırılmış hücumdur.

Və nəhayət Pentaqondan da şad xəbərlər var.

Yadınızdadırsa tez-tez "Baydenin (oxu:demokratların) 2-ci prezidentliyi, daha və qat-qat aqressiv xarici siyasətlə fərqlənəcək" ifadəsini işlədirdik. Bəli və aqressivləşmə artıq başlayıb. Xəbərin özü: Pentaqon hesab edir ki, Kursk vilayətində son hadisələr eskalasiyanın artırılması ilə nəticələnməyəcək.

Kursk vilayətində Almaniya istehsallı "Marder"lər də iştirak edir. Amma gülməyin, Almaniyanın deputatları buna heç bir etiraz bildirmirlər. Həmin Almaniyadır ki, 2022-ci ilin martında Ukraynaya dəbilqələr və corablar göndərirdi. Trend dəyişir, şərtlər dəyişir.

Kamran Cəfərov

visiontv.az