İranın keçmiş vitse-prezidenti: “Urmu gölünün quruması 10 milyon insanın həyatına təsir edəcək”
14.01.2025

İranın keçmiş prezidenti Həsən Ruhaninin administrasiyasındakı birinci vitse-prezident İshaq Cahangiri Urmu gölünün hazırkı vəziyyətinə toxunaraq deyib:

“Allah göstərməsin, Urmiya gölü quruyarsa, bu, ən azı 10 milyon insanın həyatına təsir göstərəcək”.

Sabiq vitse-prezident qeyd edib ki, Urmu gölü duzlu olduğu üçün insanları yaşamaq imkanından məhrum edə bilər.

visiontv.az