Uitkoff və Kuşner BƏƏ-də Rusiya-Ukrayna danışıqlarında iştirak edəcək
04.02.2026

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşner fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında danışıqlarda iştirak edəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

O əlavə edib ki, bu formatda keçirilən əvvəlki görüş “mahiyyət etibarilə tarixi” olub.