“Reuters” agentliyi xəbər verib ki, İslam Respublikası ABŞ-nin mümkün hərbi əməliyyatlarının ölkə daxilində etirazları yenidən alovlandıra biləcəyindən ciddi narahatdır. Bildirilir ki, belə bir ssenari hakimiyyətin vəziyyət üzərində nəzarətini zəiflədə və siyasi sistemi sarsıda bilər.
Agentliyə danışan və adları açıqlanmayan altı hazırkı və keçmiş İran rəsminin sözlərinə görə, Xameneiyə yüksək səviyyəli görüşlərdə ictimai qəzəbin təhlükəli həddə çatdığı ilə bağlı məlumat verilib. Qeyd olunub ki, əvvəlki illərdə etirazları boğan qorxu və zorakılıq artıq cəmiyyəti dayandıran amil hesab edilmir.
Məlumata görə, ABŞ-nin məhdud hərbi əməliyyatları belə etirazçıları daha da cəsarətləndirə və hakimiyyətə zərbə vura bilər. Rəsmilər bildiriblər ki, belə bir halda cəmiyyətin reaksiyası iyun ayında İsrail və Amerikanın nüvə obyektlərinə qarşı hərbi əməliyyatları dövründəkindən fərqli olacaq.
visiontv.az