Türkiyənin son 20 ildə həyata keçirdiyi nəhəng layihələr digər ölkələri də ruhlandırır - Adil Karaismailoğlu
Türkiyənin son 20 ildə həyata keçirdiyi nəhəng layihələr digər ölkələri də ruhlandırır - Adil Karaismailoğlu
19.05.2022 MEDİA Tərəfindən

Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Almaniyada keçirilən Beynəlxalq Nəqliyyat Forumunda (İTF) Türkiyənin son 20 ildə həyata keçirdiyi nəhəng layihələri bütün ölkələrin diqqətlə izlədiyini bildirib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Kovid-19 pandemiyasının təsirləri azalmağa başlarkən, müharibələrin ortaya çıxmasının logistika sənayesinə mənfi təsir göstərdiyini bildirən Karaismailoğlu, "Biz bunları bir tədbir olaraq görərək ölkəmizin gələcəyini dizayn edirik. Bu məqsədlə 2053-cü il Nəqliyyat və Logistika Master Planımızı açıqladıq. Burada 198 milyard dollarlıq nəqliyyat infrastrukturu layihəsi planlaşdırdıq" dedi.

Türkiyənin son 20 ildə həyata keçirdiyi nəhəng layihələrin digər ölkələri də ruhlandırdığını söyləyən Karaismailoğlu, bu layihələrlə bağlı Türkiyənin bilik və təcrübəsindən faydalanmaq istəyən ölkələrlə fikir mübadiləsi apardıqlarını vurğulayıb.

İlahə Əliyeva