Gunaz TV-nin məlumatına görə, İran parlamentinin deputatı və daxili işlər komissiyasının üzvü Məhəmməd Bəyat çıxışında ABŞ-ın keçmiş prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahuya qarşı açıq şəkildə fiziki aradan qaldırma çağırışı edib.
O, Didəban-e İran saytına müsahibəsində bildirib: “Qisasda başqalarının həyatı təmin olunur. Tramp və Netanyahu ki, əlləri saysız-hesabsız günahsız insanların qanına bulaşıb, onların bir nəfərini öldürməklə iş bitmir, amma bu iş görülməlidir və müstəmləkəçiliyin kökünü baltalamaq lazımdır.”
Bəyat həmçinin İslamabad danışıqları ilə bağlı deyib: “Onlar iki dəfə cəsarətsizlik edib və danışıqlar zamanı masanı tərk ediblər; indi də biz danışıqları yalnız bir aldatma hesab edirik; çünki ABŞ və İsrailin İranla düşmənçiliyi əsaslıdır, emosional deyil. Onlar bizim İslamımıza qarşıdır.”
Bu açıqlamalar İranın keçmiş rəhbəri Əli Xamenei-nin əmri ilə 1404-cü ilin Dey ayında küçə etirazlarında iştirak edən minlərlə günahsız gəncin döyüş silahları ilə qətlə yetirildiyi bir şəraitdə səsləndirilir.
visiontv.az