Belə görünür ki, Tramp administrasiyası dünyanın geo-siyasi mənzərəsindən daha çox geo-iqtisadi mənzərəsini kökündən dəyişməyi (transformation) qarşısına məqsəd qoyub. Çünki, ABŞ-nın dünyada gələcək mövqeləri üçün təhdid ilk növbədə rəqabətdə uduzduğu formalaşmış qlobal iqtisadi və maliyyə sistemindən gəlir.
O sistem ki, vaxtilə özləri yaratmışdı, indi isə deyirlər ki, özümüz dağıdacağıq, kollektiv suisid belə olsa... ABŞ-da artıq bu qənaətə gəliblər ki, alt-bazis kimi ABŞ iqtisadiyyatı və dünya iqtisadi sistemi kökündən dəyişmədikcə qlobal miqyasda geosiyasi konfiqurasiyanın istənilən formada dəyişdirilməsi və ya hansısa geosiyasi bloklar strategiyaları və cəhdləri heç bir nəticə verməyəcək. Tramp komandasının iqtisadiyyatdan məsul bütün üzvləri bir məsələdə ortaq fikirdədilər ki, “hər şey köhnəlib, onların ziyanına işləyir, hər şey dağıdılmalı və yenidən qurulmalıdır”. Bu komandanın ideyası özünü “strateji dağıdılma və ya sökülmə” (strategic disruption) ifadəsində tapır. Ona görə də bu komandanın içində Putinə rəğbət var, o, bu dünya düzəninin dağıdılmasında effektiv vasitə görülür. Ona görə də tariflər qaldırıldıqca, birjalar çökdükcə bu komanda sanki vecinə almır, iqtisadiyyat dağıldıqca daha çox qaza basır. İstək və hədəf bəllidi, amma bu ilk növbədə axı adi amerikalı seçicini, pensioneri və fərdini vuracaq və artıq vurmağa başlayıb.
Politoloq Fuad Çıraqov
visiontv.az