Tramp prezident olandan sonra təxminən 1,6 milyon miqrant Amerikanı tərk edib
18.08.2025

Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri təxminən 1,6 milyon qeyri-qanuni mühacir Amerikanı tərk edib.

Bu barədə Amerikanın daxili təhlükəsizlik naziri Kristi Noem məlumat verib.

“200 gündən az müddətdə 1,6 milyon qeyri-qanuni immiqrant Amerikanı tərk edib. Bu böyük nəticədir”, - deyə o əlavə edib.

Noem, bunun Amerikanın təhsil və tibb müəssisələrinda yükün azaltdığını, vətəndaşlara daha çox iş tapmaq imkanını qoruyub saxladığını və küçələrin daha təhlükəsiz olmasına gətirib çıxardığını söyləyib.

visiontv.az