Tramp: “İran ABŞ-yə çatacaq raketlər hazırlayır”
26.02.2026

ABŞ prezidenti Donald Tramp Konqresdə ölkənin vəziyyəti ilə bağlı illik çıxışı zamanı İranı hədəf alan sərt açıqlama səsləndirib. Tramp çıxışında İrandakı etirazçıların öldürlməsinə, eləcə də onlara qarşı zorakılığa son qoyduğuna toxunub.

ABŞ-nin 250 illiyi ilə eyni dövrə təsadüf edən iki saatlıq çıxışda İran mövzusu diqqət mərkəzində olub.

Tramp bildirib ki, İslam Respublikası artıq Avropanı və ABŞ-nin xaricdəki hərbi bazalarını təhdid edə biləcək raketlər istehsal edib. Onun sözlərinə görə, Tehran hazırda ABŞ ərazisinə çata biləcək raketlər üzərində işləyir.

“İslam Respublikasından ən çox eşitmək istədiyim ifadəni eşitməmişəm: ‘Bizim nüvə silahımız olmayacaq’”, – deyə, Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, əgər hərbi əməliyyatlar barədə qərar verilərsə, İranın raket proqramı Amerikanın milli təhlükəsizliyi üçün birbaşa təhdid yarada bilər.

visiontv.az