16 yaşlı şagird Diana Taherabadi 5 Bəhmən 1404 (25 yanvar 2026) tarixində Kərəcdə ailə evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, hazırda Kərəc şəhərində yerləşən Kəçuui islah və tərbiyə mərkəzində saxlanılır. Hüquq müdafiəçiləri onun barəsində edam hökmü çıxarıla biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.
Məlumata görə, ilkin ittiham “müharibə” (hakimiyyətə qarşı silahlı fəaliyyət) kimi göstərilib. Bu maddə ağır cəza, o cümlədən edamla nəticələnə bilər. Ailəsinə işin detalları və hakim barədə məlumat verilməyib.
Vəkilə bildirilib ki, yaxın 20 gün ərzində “uşaqlar məhkəməsi” ilə bağlı bildiriş göndəriləcək. Eyni zamanda Diana “əqli yetkinlik” yoxlaması üçün tibbi ekspertizaya yönləndirilib.
Təxminən bir aydır həbsdə saxlanılan yeniyetmənin ailəsi ciddi narahatlıq içindədir. Hüquq müdafiəçiləri yetkinlik yaşına çatmayanlara qarşı ağır ittihamların tətbiqindən narahat olduqlarını bildirirlər.
visiontv.az