"Tramp bütün sorğularda irəlidədir" ifadəsi nə dərəcədə doğrudur
19.10.2024

Son günlər ərzində yəqin hər kəs mətbuatda "Tramp bütün sorğularda irəlidədir" ifadəsilə ən azı bir dəfə rastlaşıb.

Məsələ ondadır ki, Trampın seçki qərargahı ictimayi rəydə "Tramp irəlidədir" tezisinin möhkəmlənməsi və insanların beyinlərində oturuşması üçün maraqlı taktiki addımlar atır. Onlar(Trampın seçki qərargahı), eyni anda, öz kurasiyalarında olan sorğu mərkəzlərinə kütləvi şəkildə sorğuları sifariş ediblər. Quru statistikanı deyim sizə, son 10 gün ərzində sorğuları keçirən 33 mərkəzdən 26-sı respublikaçıların nəzarətindədir, ya da onlara loyaldır.
Etibarlı hesab edə biləcəyimiz sorğulara keçməmişdən qabaq, yuxarıda dediklərimizi sübut etmək üçün 1 misal gətirək. Bir neçə gün qabaq sosial şəbəkələrin ABŞ seqmentində "Polymarket" bukmeker şirkətinin əmsalları paylaşılmışdı və Tramp favorit kimi göstərilmişdi, halbuki başqa bukmeker şirkətləri həmin zaman Harrisi favorit hesab edirdi. Azca araşdırsaq əlaqəni taparıq: "Polymarket"in əsas investoru Piter Tildir. Piter Til İlon Maskın dostu və Cey Di Vensin müəllimidir.
Yəni taktika budur, bütün resurslardan istifadə edərək Trampı öndə olan kimi göstərmək və ictimai rəydə bu fikiri saxlamaq.
Ən ciddi, güclü və etibarlı mərkəzlərin sorğularını sizə təqdim edirəm.
"Tipp". "Tipp", 2020-ci ildə Baydenin 4% fərqlə udacağını proqnozlaşdırmışdı. 2020-ci ildə bu, ən dəqiq proqnoz idi. 
-  "Tipp" sorğu nəticələri: Harris-50%, Tramp-46%.
"Marist". "Marist" 2016-cı ildə ən dəqiq rəqəmlər vermişdi, proqnoz: Klinton +2%. Nəticə etibarı ilə Klinton +2.1% fərqlə ümumilli sorğularda qalib gəlmişdi(baxmayaraq ki seçkiləri uduzmuşdu.
- "Marist" sorğu nəticələri: Harris- 52%, Tramp-47%.
Bundan əlavə "Morn Consult", "New-York Times", "ABC" və "CBS" kimi nəhənglər Harrisin irəliləməsini göstərir.

Kamran Cəfərov

visiontv.az